Tanınmış vəkil Sumqayıt hadisələri haqqında danışacaq
07.01.2016 18:08 Siyasi reaksiya 2135

Tanınmış vəkil Aslan İsmayılov yaxın günlərdə təqdim olunacaq “Karabakh.Today” Beynəlxalq Analitik İnformasiya Portalına müsahibə verib.
“Reaksiya” xəbər verir ki, o 1988-ci ildəki Sumqayıt hadisələri haqqında geniş informasiya verib. Vəkil həmçinin, müəllifi olduğu “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” kitabı haqqında da məlumat verib.
A.İsmalıyov prokuror qismində çıxış etdiyi Sumqayıt hadisələrində şahidi olduğu maraqlı məqamlardan bəhs edib.
O, Sumqayıt hadisələrinə zəmin yaradan proseslərdən, hadisələrin hansı formada cərəyan etdiyindən danışıb.
Müsahibəni geniş formada yaxın günlərdə təqdim edəcəyik.
Şərhlər