Azərbaycan prezidenti medalçıları mükafatlandırdı

27.06.2015 19:36     Siyasi reaksiya     1825

Azərbaycan Prezidenti İlham Əliyev Bakı-2015 Avropa Oyunlarında kişilər arasında 60 kq çəki dərəcəsində boks yarışlarında qalib gələn idmançıların mükafatlandırma mərasimində iştirak edib.

Trend-in məlumatına görə, bu çəki dərəcəsində qızıl medalı Azərbaycan idmançısı Albert Səlimov qazanıb. O, həlledici döyüşdə rəqibi fransız Oumiha Sofiana qalib gələrək qızıl medala sahib olub.

Qeyd edək ki, Azərbaycan idmançıları ümumilikdə Avropa Oyunlarında 20 qızıl medal qazanıb.

Şərhlər

Çox oxunanlar