Bekir Günay: “Ukrayna Qaradənizdəki proseslərdən kənarlaşdırılıb" - analiz

29.05.2015 16:27     Siyasi reaksiya     840

Ukrayna prezidenti Poroşenkonun birinci ilini reaksiya.az üçün qiymətləndirən Akademik Bəkir Günay bildirib ki, Poroşenkonun ilk ilinin uğurlu keçdiyini söyləmək mümkün deyil: “Lakin buna baxmayaraq müəyyən bir sabitliyin təmin edilməyə çalışdığını görə bilirik”.

Mübahisəli bir şəkildə Ukrayna prezidenti vəzifəsindən uzaqlaşdırılan Viktor Yanukoviçin kreslosuna oturan Pyotr Poroşenko vəzifəsindəki ilk ilini tamamladı. Poroşenko seçki kampaniyası zamanı və vəzifəyə gəldikdən sonrakı ilk aylarda Krımı geri almağı, Donbassdakı qarşıdurmaları sürətli bir şəkildə həll edib Ukraynanın ərazi bütövlüyünü təmin edəcəyini vəd etmişdi.

Ukrayna lideri vətəndaşların həyat şərtlərini yaxşılaşdırma, ölkənin hüquq sistemini daha ədalətli hala gətirmə, Avropa Birliyinə (AB) tam üzvlük məlumat perspektivlərinə uyğunlaşma və AB ilə bir il içində viza rejimə keçmə vədləri də verilən vədlər arasında idi. Ancaq Ukrayna prezidenti Pyotr Poroşenko vəzifəsindəki elə ilk ildə vədlərinin demək olar ki, heç birini həyata keçirə bilmədi.

İstanbul Universiteti Avrasiya İnstitutunun direktoru Dos. Dr. Bəkir Günay, Poroşenkonun ötən bir ilini Reaksiya.az üçün dəyərləndirib.

 

-Poroşenkonun seçkidən əvvəlki vədlərinə və hakimiyyətdəki bir ilinə nəzər salanda, ötən bir ili necə qiymətləndirmək olar?

-Seçki prosesində deyilən sözlər, iqtidarın ilk illəri üçün yox, dörd-beş illik müddətdə həll olunacaq sözlər kimi qiymətləndirilməlidir. Poroşenko bu etap üçün ərazi bütövlüyünü mühafizə etdi, amma Şərqi Ukrayna modelində ciddi bir şəkildə müzakirəyə açıq bir Ukrayna da yaratdı. Bu hal ümumi sabitliyin davam etdirilməsi baxımından da həm uğurlu, həm uğursuz haldır. Birinci ili nəzərə alsaq, bu ili uğurlu il kimi qəbul etmək mümkün olmasa da, bu dövrdə ölkə başçısının sabitliyi təmin etməyə çalışdığını demək mümkündür. Xarici faktorlar baxımından uğursuzluqların mövcud olması isə ortadadır. Yəni Rusiya ilə arasında davam etməkdə olan örtülü bir mübarizə mövcuddur, bu uğursuzluq üçün əsas faktorlardan biridir. Əsas uğursuzluq bundan sonrakı prosesdə ortaya çıxacaq. Hal-hazırda daha çox Şərq bölgəsində yaşanan hərbi hərəkətlilik gündəmə gəlir. Hərbi bürokratoyadakı problemlər, keçmişdən qalan sui-istifadə müzakirələri, Avropa Birliyindən alınan kreditlərin geri ödənilməsi yaşanan problemlər kimi faktorlar, irəliləyən dövrdə bizə Poroşenkonun uğurunu ya da uğursuzluqlarını göstərəcək.

-Poroşenko Krımı yenidən Ukraynanın tərkibinə keçirəcəyinə dair vəd etmişdi və bu sözünü də yerinə yetirmədi. Krımın Ukraynadan Rusiyaya keçməsi, Qaradənizdəki təhlükəsizlik tarazlıqlarına necə təsir etdi?

-Qaradənizin təhlükəsizliyi Rusiya, Ukrayna və Türkiyə tərəfindən formalaşdırılırdı. Ukrayna oyundan kənarda qalsa da, bu təhlükəsizlik məsələsi, Türkiyə və Rusiya baxımından çox əhəmiyyətlidir. Çin və ABŞ kimi bölgədən kənar ölkələrin Qaradənizdə hərbi güc nümayiş etdirmələri uzun müddətli ciddi riskləri aradan qaldırmayacaq. Önümüzdəki illərdə Krım Qaradənizin təhlükəsizliyi üçün ciddi təhlükə yarada bilər.

-Poroşenko Ukraynanı NATO üzvü etmək istəyini dəfələrlə vurğulayıb. Mövzu tez-tez gündəmə gəlir və Rusiya belə bir addıma qarşı olduğunu açıqlayır. Kiyevin NATO üzvlüyünə münasibətiniz necədir? Gələcəkdə Rusiyanın bu məsələdə mövqeyi necə olacaq?

-Ukraynada müşahidə olunan əsas mübarizə AB ilə Rusiya arasındakı ərazi mübarizəsidir. Rusiya öz ərazisini Belarus və Ukrayna məzmununda qorumaq istəyir. Bunun üçün də Rusiya baxımından baxdığımız zaman, Ukraynanın parçalanmadan federativ bir quruluşa gətirilməsi doğru bir siyasətdir. Krım və Şərqi Ukraynada izlənilən siyasət, ölkənin parçalanmasına doğru sıxışdırılan bir Poroşenko, NATO variantını heç düşünmədən gündəmə gətirə bilər. ABŞ və NATO-nun buna çox hazır olduğu deyilə bilməz. Çünki ABŞ Rusiyaya daha çox iki şəkildə təsir etmək istəyir. Rusiyanın dünya güc sistemində ortaya bir rəqib kimi çıxmasından narahat olan bir Amerika var. Bunu isə hərbi variantlarla yox, iqtisadi və embarqo variantlarıyla təmin etməyə çalışır. Ancaq bu embarqo amerikan şirkətlərinə də təsir etməyə başladı. İqtisadi embarqo bir bumeranq təsiri yaratdı. Sıxışmış bir Ukrayna ancaq NATO-ya daxil ola bilər. NATO-ya girməsi bölgə təhlükəsizliyini gündəmə gətirə bilər. Çox sərt və bucaqlı bir hərbi böyük diametrli hadisələr olmadığı müddətdə, qısa müddətdə ABŞ-ın Ukraynanın üzvlüyündə blöf nöqtəsindən kənara keçəcəyini düşünmürəm.

-Poroşenkonun  prezident olduğu Ukraynada bundan sonra nə baş verəcək?

-Poroşenko iqtidarını möhkəmləndirmək baxımından daxili və xarici faktorlar istiqamətində nələr edə biləcəkləri haqqında düşünməyə başlayacaq, yollar axtaracaq, edə bilməyəcəkləri ilə bağlı isə stabil davranmağa diqqət edəcək. Burada oyunun taleyi Rusiyanın sərt siyasəti ilə həll olunacaq. Kievdəki adi insanlara baxdığımız zaman həyatlarının ciddi mənada problemlər içində olduğunu görürük. Küçədəki insanın həyatındaki məhdudiyyətlər artdıqca, ölkə daxilində aksiyalar da təkrar başlaya bilər.

 

Reaksiya.az araşdırma qrupu

Şərhlər

Çox oxunanlar