Razi Nurullayev pulsuz qalıb
13.01.2016 13:23 Siyasi reaksiya 2030

Ölkədəki maliyyə böhranı siyasi partiyalardan da yan keçməyib.
Rəsmi və ya qeyri-rəsmi şəkildə hakimiyyət tərəfindən maliyyələşdirilən bir sıra "cib" partiyalarının maliyyəsinin kəsiləcəyi gözlənilr.
"Reaksiya" xəbər verir ki, Qlobal.az-a daxil olan məlumata görə, maliyyəsi kəsiləcək partiyaların ilk sırasında Razi Nurullayevin "AXCP"-sidir.
Ümumuiyyətlə, yarandığı gündən mediada, siyasi kluarlarda ciddi qəbul olunmayan, cəmiyyət tərəfindən ikrahla qarşılanan bu partiya "proje sahiblərini” də yenidən düşünməyə məcbur edib.
Artıq bir aydır ki, Razi Nurullayevin "AXCP"-sində ciddi böhran yaşanır. Deyilənlərə görə Nurullayevin hazırda ən böyük narahatçılığı partiyaya ayrılan maliyyənin dondurulmasını əhatəsindəki insanlardan gizlətməsi ilə bağlıdır. Ancaq buna da nail ola bilməməsi göz önündədir.
Belə ki, Razi Nurullayevin nəzarətində olan "Cebhe.info” saytının və "Cümhuriyət” qəzetinin əməkdaşlarının maaşlarının verilməsində ciddi maliyyə problemləri yaranıb. Partiyada artıq narazılıqlar baş qaldırmaqdadır. Hətta deyilənlərə görə Razi Nurullayev məhz "partiya" yaratdıqdan sonra əldə etdiyi xarici avtomobilinin kreditini də ödəməkdə çətinlik çəkir.
Şərhlər