Arif Hacılı BMCMİ-yə çağırıldı
13.01.2016 14:14 Siyasi reaksiya 2087

Bu gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndələri Müsavat Partiyasının qərargahına gələrək, partiyanın başqanı Arif Hacılının BMCMİ-yə dəvət olunduğunu bildiriblər.
"Reaksiya" bastainfo.com-a istinadən xəbər verir ki, BMCMİ-nin nümayəndələri bildiriblər ki, idarənin rəisi general Seyfulla Əzimovun Arif Hacılı ilə görüşüb söhbət etmək istəyir. Söhbətin hansı mövzuya aid olduğu deyilməyib.
Arif Hacılı bu gün saat 15:00-da BMCMİ-də olacaq.
Şərhlər