YAP-çı deputatdan inhisarçı şirkətlərə - İTTİHAM

13.01.2016 15:11     Siyasi reaksiya     1977

“Daxiii istehsal sahələrində, xüsusilə də ərzaq səbətində əhəmiyyətli yer tutan kənd təsərrüfatı məhsullarında əsaslı qiymət fərqi müşahidə edilmədi. Ət və süd məhsulları demək olar ki, sabit qiymət normasında qaldı. Əgər yenə də ölkəmizdə istehsal olunan digər ərzaq və kənd təsərrüfatı məhsulları inhisarlaşmaya məruz qalmasaydı, onların da qiyməti sabit qalacaqdı. Mən şəkər tozu, çay, duz , bitki yağları və s. kimi məhsulları nəzərdə tuturam. Belə olsaydı, manatın devalivasiyası daha az təsirli olacaqdı”. "Reaksiya" turkustan.info-ya istinadən xəbər verir ki, bu açıqlama ilə “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu çıxış edib.

H.Babaoğlu təəssüflə bildirib ki, bir sıra strateji sektorlarda inhisarçı mövqeyə gəlmiş şirkətlər süni bahalaşma yaradaraq qiymətləri qaldırdılar: “Üstəlik süni qiymət artımının real əsasları olduğunu sübut etmək üçün bir sıra media qurumlarında məlumat yaydılar ki, guya qiymətləri qaldırmağa məcbur olublar çünki beynəlxalq bazar qiymətləri diqtə edirmiş. Əslində isə belə bir şey yoxdur. Ona  görə də cənab Prezident süni qiymət artımının qarşısının alınması üçün  medianin ictimai nəzarət funksiyasını xatırladaraq milli mətbuatı öz vəzifəsini yerinə yetirməyə çağırdı. Milli mətbuatımızın həm borcu, həm də vəzifəsidir ki, süni bahalaşmaya qarşı mübarizədə qətiyyətli və obyektiv mövqe nümayiş etdirsin. Ciddi araşdırmalar apararaq qiymət artımının qaçılmaz olduğunu, yaxud bu artımın xarici bazarlarla əlaqədar olduğunu isbat etmək istəyən möhtəkirləri ifşa etsinlər”. 

Şərhlər