Politiloq: Ermənistan son addımlarıyla jest edir... - Baxış

29.05.2015 16:39     Siyasi reaksiya     712

Bu addımlarla Ermənistan bir növ müstəqil xarici siyasət yürütdüyünü nümayiş etdirmək istəyir

Ermənistan müdafiə naziri Seyran Ohanyan Cənubi Kiprlə birgə hərbi təlimlərə başlayacaqlarını bildirib. Bunun regionda gedən proseslərə təsiri necə ola bilər? Bu hərbi təlimlər Azərbaycanın Şimali Kiprlə bağlı məqamlara rəsmi baxışına necə təsir edə bilər? Bu sullarl müraciət etdiyimiz politoloq Natiq Miri Reaksiya.az – a açıqlamasında cavab olaraq bildirib ki, bu addım Azərbaycandan çox Türkiyəyə qarşı edilmiş bir jestdir: “Ermənistan son addımlarıyla bir növ müstəqil xarici siyasət yürütdüyünü nümayiş etdirmək istəyir. Ermənistanın Xarici İşlər naziri Nalbandyanın son Suriya səfəri də bu kontekstdə dəyərləndirilməlidir. Çünki hər iki dövlət Türkiyəyələ düşmənçilik mövqeyində olduqları üçün Ermənistan "düşmənimin düşməni dostumdur" siyasətindən çıxış etməyə başlayıb. Ancaq nəzərə alın ki, bu iki cırtdan dövlətlər çox kiçik vasitə(alət) olduqlarından birgə keçirəcəkləri hərbi təlimlərin doğracağı nəticə də çox kiçik olacaq. Düşünürəm ki, Ermənistanın prezidenti Sarkisyanın bu son çırpıntıları daha çox imitasiya xarakterlidir və xarici və daxili auditoriyaya hesablanıb. Ona görə də Azərbaycanın buna adekvat cavab verəcəyini düşünmürəm”.

 

Oktay BABAOĞLU

"Reaksiya.az"

Şərhlər

Çox oxunanlar