Elmar Məmmədyarov Çarlz Kapçanı qəbul etdi
13.01.2016 15:21 Siyasi reaksiya 1929

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə baş direktoru Çarlz Kapçanı qəbul edib
Azərbaycana ilk dəfə səfər etdiyini bildirən Çarlz Kapçan ABŞ-ın Azərbaycan ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edib.
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar və müzakirə mövzusu olan təkliflər barəsində məlumat verərək, münaqişənin həlli və regionda davamlı sülh və sabitliyin bərqərar olması üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.
Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Şərhlər