“Yayılan şaiələrin heç bir əsası yoxdur” - İcra başçısının müavini

14.01.2016 15:19     Siyasi reaksiya     2144

Xəbər verdiyimiz kimi dünən Siyəzəndə bahalaşma əleyhinə aksiya olub. Bu gün isə rayonda tam sakitlikdir.

Bunu “Reaksiya”ya açıqlamasında Siyəzən rayon icra hakiminin müavini Etibar Heydərov deyib: “Rayonda tam sakitlikdir. Yayılan şaiələrin heç bir əsası yoxdur. Banka hücum, insan ölümü və s. kimi yalan xəbərlər yayılır. Belə şeylər olmayıb. Daxili qoşunlar mərkəzdən çıxıb, lakin post patrul əməkdaşları sabitliyə nəzarət edir. Qeyd edim bəziləri iddia edirlər ki, rayonda hər hansı bir bahalaşma olub. Unun qiyməti 24-26 AZN-dən yuxarı qalxmayıb. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən, rayonda müvafiq komissiya yaradılıb və biz mütəmadi olaraq monitorinqlər keçirirok. Bu baxımdan bildirmək istəyirəm ki, aksiyalara səbəb iddia olunan kimi qiymət artımı deyil. Dünən saxlanılanlar olub ki, bəziləri xəbərdarlıq edildikdən sonra buraxılıb. Lakin ictimai asayişi pozmağa cəhd edənlər məsuliyyətə cəlb olunub. ”

Şərhlər