“Xalq prezidentinin yanındadır” - Aqil Abbas

14.01.2016 17:16     Siyasi reaksiya     2321

Xəbər verildiyi kimi, Ağcabədi rayonunda etiraz aksiyaları keçirilib.

Vəziyyətlə maraqlanmaq üçün həmin bölgənin millət vəkili, tanınmış yazıçı Aqil Abbas Ağcabədi və Ağdam bölgəsinə səfər edib və hal-hazırda seçicilərlə görüşlər keçirir. Bölgədəki mövcud vəziyyəti öyrənmək üçün millət vəkili ilə Aqil Abbasla əlaqə saxladıq.

Millət vəkili Reaksiya.az-a açıqlamasında bildirdi ki, hal-hazırda regionda vəziyyət stabildir: “Mən bu gün səhərdən camaatın arasındayam. Əhali əsasən süni qiymət artımından narazılıq edirdi. Prezidentin müvafiq sərəncamından sonra artıq bu yöndə də tədbirlər görülür. Xalqla görüşəndə də hamısı deyir ki, biz prezidentimizin, dövlətimizin yanındayıq. Bunu Ağcabədidə də, Ağdam da deyirlər. Mən indi yoldayam. Ağdamın kəndinə gedirəm. İstəsəniz ora çatdığım vaxt xalqla da sizin ünsiyyətinizi təşkil edə bilərəm. Mən də bu gün bir ziyalı kimi, bir millət vəkili kimi, bu torpağın oğlu kimi gəlmişəm ki, onların problemlərini öyrənim”.

Şərhlər

Çox oxunanlar