“Füzuli təmas xəttidir” - QHT sədrindən Sülhəddin Əkbərə sərt reaksiya
15.01.2016 11:26 Siyasi reaksiya 2477

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər dünən “Strateq.az” saytına verdiyi açıqlamada sosial tələblərlə başlayan bu etirazların Rusiyaya (Siyəzən), İrana (Lənkəran) və Ermənistana (Fizuli) sərhəd və ya yaxın rayonlardan başlamasının çox maraqlı və təsadüfi sayılmamalı olduğunu vurğulayıb: "Sosial tələblərlə başlayan bu etirazların Rusiyaya (Siyəzən), İrana (Lənkəran) və Ermənistana (Fizuli) sərhəd və ya yaxın rayonlardan başlaması da çox maraqlıdır və təsadüfi sayılmamalıdır."
Buna ilk etiraz “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyinin sədri Anar Xəlilovdan gəlib. Reaksiya.az xəbər verir ki, o, özünün “Facebook” səhifəsində Sülhəddin Əkbərin fikirlərini oxuduğunu və hiddətləndiyini bildirib: “ Sosial tələblərlə başlayan bu etirazların Rusiyaya (Siyəzən), İrana (Lənkəran) və Ermənistana (Fizuli) sərhəd və ya yaxın rayonlardan başlaması da çox maraqlıdır və təsadüfi sayılmamalıdır." Mən bunu strateq.az saytından Sülhəddin Əkbərin fikrindən oxudum. Bilmirəm, doğrudan belə deyib, ya yox, yoxsa texniki səhvdir, hər halda sayt da diqqətli olmalı idi. Oxudum, bilmirəm, doğrudan belə deyib, ya yox, yoxsa texniki sehvdir?! Amma, hər halda sayt da diqqətli olmalı idi. Bütün dostluğumda olanlara sual edirəm: Fizuli Ermənistanla serheddir? Yoxsa, İşğal olan əraziləri Ermənistana veriblər, xəbərimiz yoxdur? Bu nədir, dollar qalxıb hərə bir ekspertdir. Kim ağlna nə gəlir danışır, qoy cəhəennəm olsun dollar da. İnsanlara pis təsir edən bu cür yazılardır, mövqelərdir. Fizulidən o tərəfə Cəbrayıldır, Zəngilandır, Xocavənddir, Qubadlıdı, Şuşadır. Ora sərhəd deyil, ora təmas xəttidir”.
Şərhlər