"İqtisadi çətinliyin orduya təsiri yoxdur" - Hərbi ekspert
15.01.2016 12:04 Siyasi reaksiya 1991
Dünyadakı iqtisadi böhran, neft qiymətlərinin minimal həddə düşməsi ölkəmiz üçün də təsirsiz ötüşmədi. Lakin bunun Azərbaycan ordusu üçün də hər hansı çətinlik yaratması gözlənilmir. Bunu "Reaksiya"ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib:
"Sözsüz ki, son vaxtlar ölkədə baş verən iqtisadi və siyasi hadisələrdən Silahlı Qüvvələrimizdə də xidmət keçən vətən oğullarımız məlumatlıdırlar. Bunun başqa cür olmasını demək, məncə yanlışlıq olardı. Amma, baş verən hadisələrin ölkənin müdafiə və təhlükəsizliyinə hər hansı təsiri olmasını düşünmürəm və bu əsla mümkün deyil. Ordu üçün nə lazımdırsa, edilib və edilir. Bunu hər kəs gözəl bilir ki, Silahlı Qüvvələr üçün uzun müddətə lazım olan ərzaq və digər ləvazimatlar alınıb və hətta nəzəri baxımdan nə qədər çətinliyin olmasını belə düşünsək, orduya bunun təsir imkanları demək olar ki, yox dərəcəsindədir. O ki qaldı düşmənin təxribat cəhdlərinə, bu hər zaman gözləniləndir və biz buna daim hazır olmalıyıq. Xüsusən də son günlər adı çəkilən döyüş bölgələrimizdən ən vaciblərindən biri olan Füzuli istiqamətində komandanlıq diqqətini birə beş artırmalıdr. Düşmən düşmən olaraq qalır və çalışır ki, ən xırda detallardan belə öz çirkin məqsədləri üçün istifadə etsin."
Şərhlər