Spikerdən Zahid Oruca replika - “Sənin gələcək yerin görünür...”

19.01.2016 14:17     Siyasi reaksiya     2056

“Energetika Nazirliyi niyə lazımdır ki? Onun səlahiyyətlərini yerinə yetirən SOCAR var”.

"Reaksiya" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc parlamentin bugünkü iclasında məmurların sayının azaldılması məsələsindən danışarkən deyib.

O qeyd edib ki, elə bil ki bu nazirliyi bir adama görə yaratmışıq: “ Natiq müəllim təcrübəli şəxsdir. Neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Amma ayrıca bir nazirliyə ehtiyac yoxdur.
Bundan əlavə, “Azərenerji”ni niyə dövlət saxlayır, axı onun səlahiyyətlərini yerinə yetirəcək olan “Azərişıq” adlı qurum var”.

Millət vəkilinin bu çıxışına spiker Oqtay Əsədov “sənin gələcək yerin görünür...”- replikası ilə cavab verib.

Bəzi millət vəkilləri də bu replikanı alqışla qarşılayıb.

Şərhlər