“Məmur olmaq haqqında düşünməmişəm” - Zahid Oruc
19.01.2016 17:14 Siyasi reaksiya 1893
Bu gün Milli Məclisin iclasında deputat Zahid Orucun parlamentdəki çıxışına spiker Oqtay Əsədov isə "sənin gələcək yerin görünür..." - replikası ilə cavab verib.
“Reaksiya” xəbər verir ki, bununla bağlı Ölkə.Az-a açıqlama verən millət vəkili Zahid Oruc məsələnin heç də təqdim olunduğu kimi olmadığını bildirib: "Spiker Oqtay Əsədov "Sənin gələcəkdə yerin görünür" deyəndə burada xoş ortamı nəzərdə tuturdu. Bu bir neçə deputat tərəfindən alqışla da qarşılandı. Sonra Oqtay Əsədov dediyi sözü açıq ifadə elədi. Əlavə müsbət fikirlər səsləndirdi. KİV-in yazdığı kimi əsəbləşmədi, əksinə oldu. O qədər dalaşmışıq ki, camaatı inandırmaq mümkün deyil.
Aqil Abbas bir məhsul üzərindən fikir söyləmişdi, insanlar sosial şəbəkələrdə ona basqılar etdilər. Söhbət ondan gedir ki, vətəndaşlarımız neftdən kənar həyatını qurmağa qadirdir. Telefonlarımızdan, idarə etdiyimiz maşınlarımıza qədər, toy və yas mərasimlərimizin hamısı elə bil neftin mayasına batırılıb. Belə olan təqdirdə biz digər sahələri necə ayağa qaldırmalıyıq?”.
Zahid Oruc ona hökumətdə mühüm post, nazirlik verilsə qəbul edərmi sualına da aydınlıq gətirib: "Hər halda biz parlament üzvüyük. Heç bir ambissiyalarımız, istəklərimiz olmayıb. Buna qədərki dövrdə bizi xarakterizə edən ən mühüm keyfiyyət bu olubdur. Ölkə rəhbəri tərəfindən hamının yeri müəyyənləşib. Bu günki parlement iclası da dövlət başçısının iradəsi ilə toplaşmışdı. Bu o deməkdir ki, təkcə qanun qəbul etmək yox, cəmiyyətdəki panika mühitini də aradan qaldırmış oluruq. Əgər biz bu missiyanı yerinə yetirmiş oluruqsa hökumətin də, dövlətin də işinə kömək etmiş oluruq. Doğrusu məmur olmaq haqqında heç zaman düşünməmişəm".
Şərhlər