ATƏT PA sədri Azərbaycana gəlir
20.01.2016 10:45 Siyasi reaksiya 1950

ATƏT PA sədri İlkka Kanerva yanvarın 24-25-də Azərbaycanda səfərdə olacaq.
"Reaksiya" APA-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib.
Səfər çərçivəsində Milli Məclisdə və digər rəsmi şəxslərlə görüşlər nəzərdə tutulur.
Görüşlərdə ATƏT PA ilə münasibətlər, ATƏT-in Dağlıq Qarabağmünaqişəsinin nizamlanmasında rolu və digər məsələlər müzakirə olunacaq.
Şərhlər