İqbal Ağazadə ANS haqqında yazdı

23.01.2016 01:13     Siyasi reaksiya     1583

Keçmiş millət vəkili, Ümid Partiyasının lideri İqbal Ağazadə öz facebook səhifəsində ANS haqqında yazıb. Yazını olduğu kimi təqdim edirik.

ANS bir ilk olub Azərbaycan teleməkanı üçün-müstəqil telekompaniya olaraq... Çətin, ağır sınaqlar görüb, gah maliyyə sıxıntısı ilə üzləşib, gah bağlanmaq təhlükəsi ilə... Amma dözüb... Bəlkə çox manevrlər edib, bəlkə həmişə istədiyimiz obyektivliyi görməmişik, bəlkə daha çox ummuşuq... İncimişik, üzərinə getmişik, başqa telekanallardan yox, məhz ondan doğrunu eşitməyəndə əsəbləşib düyməni basıb söndürmüşük... Amma hey ondan nəsə gözləmişik, hey doğruları ondan eşitməyi arzulamışıq... Bu gün ANS yenə çətinliklərlə üz-üzədir, bağlanması üçün yollar aranır, kimlərsə tamaşaçının bir gün məhz ANS-dən həqiqətləri eşidəcəyindən əndişələnir... ANS müstəqilliyimizlə yaşıddır, mübarizəmizlə əkizdir, bunlardan vaz keçmədiksə, ANS-dən də vaz kecməyək... Müdafiə edək, yanında olaq, qoruyaq... Qoruyaq ki, həqiqətləri deməyə özündə bir də güc tapsın, yıxılmasın... P.S. Hamının hirs və hikkəsini anlayıram, başa düşürəm. Amma bunu da kimsə unutmasın - demək özümüzə ən yaxın bildiyimiz tək bu kanaldır ki, ondan ummuşuq. Bizim olandan asanca vaz keçməyək... ANS hamımızındır - doğruları, yanlışları ilə...

Şərhlər