ATƏT PA sədrinin Azərbaycana səfərinin təxirə salınmasının səbəbi açıqlanıb
25.01.2016 12:39 Siyasi reaksiya 1751
ATƏT Parlament Assambleyasının (PA) sədri İlkka Kanervanın Azərbaycana səfərinin təxirə düşməsinin səbəbi açıqlanıb.
Reaksiya APA-ya istinadən xəbər verir ki, Azərbaycanda səfərdə olan ATƏT PA sədrinin müavini Georgi Sereteli deyib ki, bu, İlkka Kanervanın səhhətində ciddi problemlərin yaranması ilə bağlıdır: “Buna baxmayaraq, Azərbaycana geniş tərkibdə nümayəndə heyəti səfər edib. Heyətdə iki sədr müavini, baş katib təmsil olunur. Səfər proqramımız olduqca məhsuldardır. Səfər çərçivəsində bir çox məsələlərin müzakirəsi gözlənilir”.
Qeyd edək ki, ATƏT PA nümayəndə heyəti bu gün Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib.
Xatırladaq ki, ATƏT PA sədri İlkka Kanervanın yanvarın 24-25-də Azərbaycana səfəri planlaşdırılırdı.
Şərhlər