Fuad Qəhrəmanlı ev dustaqlığına buraxılmadı FOTO
25.01.2016 17:51 Siyasi reaksiya 1573

Bu gün saat 15-də Nəsimi rayon məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənməsi barədə vəkillər Fəxrəddin Mehdiyev, Yalçın İmanov və Nemət Kərimovun verdiyi şikayətə baxılıb. Vəsatət təmin edilməyib. Hakim Babək Pənahovun sədrlik etdiyi prosesdə Fuad Qəhrəmanlı da iştirak edib.
Şərhlər