Seçkilər Türkiyə-Rusiya əlaqələrinə təsir edəcəkmi?

30.05.2015 13:12     Siyasi reaksiya     582

Türkiyə Respublikasında gələn həftə seçkilər keçiriləcək. Son illərdə sürətlə inkişaf edən Türkiyə-Rusiya ikitərəfli əlaqələrində seçki nəticələrinə görə siyasi dəyişikliklər yaşana bilərmi?

Strateji Düşüncə İnstitutunun sədri Prof Dr. Birol Akgün məsələsi ilə bağlı fikirlərini Reaksiya.az – la bölüşüb.

- Seçkilərinin nəticələri Rusiya ilə Türkiyə ikitərəfli əlaqələrini necə etkilir?

-Seçkilərdən sonra Türkiyə və Rusiya arasındakı əlaqələr haqqında danışmamışdan əvvəl gəlin Türkiyədə iqtidar dəyişikliyinin baş verib verməyəcəyini proqnozlaşdırmalıyıq. Böyük bir ehtimalla mövcud iqtidar yenə öz gücünü qoruyacaq. Koalisiyanın baş verməsi olduqca zəif  bir ehtimaldır. Amma ictimai rəy sorğularına AKP iqtidardakı tək partiya kimi görünür. Əgər belə olsa onsuz da Ankara ilə Moskva arasında son on ildə mövcud olan və inkişaf edən əlaqələr eyni ilə davam edəcək. Strateji baxımdan baxdığımız zaman qarşılıqlı investisiyalar davam edəcək. Yəni bir çətinlik görünmür. Koalisiya hökuməti qurulsa, bəlkə bir nüans ola bilər. Amma köklü şəkildə mövcud müqavilələrin dəyişdiriləcəyini düşünmürəm.

-Qəbul olunması ehtimal edilən prezidentlik üsul – idarəsi ilə bağlı xarici siyasətdə hər hansı bir dəyişiklik baş verə bilərmi?

-Rusiya-Türkiyə ikitərəfli əlaqələrində qısa dövrdə köklü dəyişikliklərin yaşanacağını düşünmürəm. Çünki president üsuli – idarəsinin qəbul ediıməsi üçün ilk növbədə konstitusiya dəyişikliyi vacibdir. AKP isə 367 millət vəkili ilə  iqtidara gəlmə şansı zəif olduğuna görə tək başına konstitusiyanı dəyişdirə bilməyəcək. Önümüzdəki qısa müddətdə, yəni yaxın dörd il ərzində Türkiyədə president üsuli – idarəsinin qəbul olunacağı ehtimalı çox zəifdir. Məncə qısa müddət ərzində bu mənada Türkiyə və Rusiya əlaqələrində heç bir  dəyişiklik yaşanmayacaq.

 

"Reaksiya.az"

Şərhlər

Çox oxunanlar