AŞPA-da Qarabağa dair qətnamələr müzakirəyə çıxarılıb

26.01.2016 14:05     Siyasi reaksiya     2683

Bu gün Strasburqda keçirilən AŞPA-nın qış sessiyasında Azərbaycana dair qətnamələrin müzakirəsi başlayıb.

Reaksiya Gün.Az-a istinadən xəbər verir ki, deputat Robert Uolterin “Dağlıq Qabağda və Azərbaycanın işğal altında olan başqa ərazilərində gərginlik”, Bosniya və Herseqovinadan olan deputat Militsa Markoviçin “Azərbaycanın sərhədyanı regionlarının əhalisi qəsdən içməli sudan məhrum edilirlər” hesabatları müzakirəyə çıxarılıb.

Əvvəlcə hər iki məruzəçi hesabatlar barədə məlumat veriblər. Onlar qeyd ediblər ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə hörmətlə yanaşırlar, amma AŞPA regiondakı problemlərə göz yuma bilməz.

Markoviç bildirib ki, söhbət AŞPA-da təmsil olunan dövlətdən və regiondakı humanitar problemlərdən, içməli su təminatından və s. gedir.

Şərhlər