Milli Bank sədrinin birinci müavininin xanımı vəzifəyə gətirildi
27.01.2016 12:47 Siyasi reaksiya 2134

Tacikistan Prezidenti İmoməli Rəhmon qızı Ozodi Rəhmonun Prezidentin İcra Aparatının rəhbəri təyin edilməsi haqqında sərəncam imzalayıb.
38 yaşlı Ozoda Rəhmon əvvəllər ölkənin xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.
Beş uşçaq anası olan Ozoda Georgetown və Maryland Universitetinin məzunudur.
Əri Jamoliddin Nuraliev Milli Bankın sədrinin birinci müavinidir.
Mühüm dövlət vəzifələrinin övladlarının və yaxın qohumlarının təyin edilməsi artıq Mərkəzi Asiya ölkələrində bir ənənəyə çevrilir.
Tacikistan, bu mənada istisna deyil.
Tacikistan hakimiyyəti Prezident Rahmonun ömürlük prezident seçilməsi üçün ölkədə referendum keçirməyə hazırlaşır.
Bundan əlavə, Konstitusiyayaya ediləcək dəyişikliklə ölkə prezidentliyi üçün yaş həddi 35 yaşdan 30 yaşa kimi azaldılacaq.
Bunun səbəbi isə Reahmonun yerinə öz yerinə oğlu Rustam İmamalini hazırlamasıdır.
Şərhlər