Azərbaycanda yeni partiya yaradılır

27.01.2016 17:34     Siyasi reaksiya     2310

"Ağ Blok"u Ağ Partiyaya çevirəcəyik. Qurultayı beş-altı aya keçirməyi planlaşdırırıq. Həmin tədbirdə partiya yaratdığımızı elan edəcəyik".
Reksiya xəbər verir ki, bunu "Report"a açıqlamasında Müsavat başqanlığına sabiq namizəd, "Ağ Blok"un sədri Tural Abbaslı deyib.
T.Abbaslı bildirib ki, qurultaydan sonra partiyanın dövlət qeydiyyatına alınması üçün Ədliyyə Nazirliyinə müraciət ediləcək.
Onun sözlərinə görə, Ağ Partiya cəmiyyətin, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edəcək: "Biz cəmiyyətə yeni simalar təqdim edəcəyik, partiyalararası intriqalardan uzaq olmağa çalışacağıq. Partiyanın adından da göründüyü kimi, "Ağ" təmizlik rəmzidir".
T.Abbaslı partiya yaradacağı təqdirdə, Müsavat Partiyasından xaric ediləcəyini bildirib: "Qanunvericilikdə də göstərilib ki, bir şəxs iki siyasi partiyanın üzvü ola bilməz. Partiya yaradılanda mənim və ətrafımda olan müsavatçıların Müsavat Partiyasındakı fəaliyyətinə xitam veriləcək".

Şərhlər