İlham Əliyev xalq artistinin səfir oğlunu geri çağırdı

27.01.2016 22:44     Siyasi reaksiya     2516

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev İlqar Yusif oğlu Muxtarovu Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında, eyni zamanda Kosta Rika Respublikasında, Qvatemala Respublikasında, Kolumbiya Respublikasında, Panama Respublikasında, Peru Respublikasında və Honduras Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb. "Reaksiya" anspress-ə istinadən xəbər verir ki, İ.Muxtarov Azərbaycan teatr və kino aktrisası, xalq artisti, Bakı Bələdiyyə teatrının direktoru və bədii rəhbəri Amaliya Pənahovanın oğludur. Keçmiş səfir 14 aprel 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Meksikadakı fövqaladə və səlahiyyətli səfir təyin edilib. Həmin vaxt İ.Muxtarova Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsi verilib. İ.Muxtarov Azərbaycan səfiri kimi eyni zamanda Kosta Rika, Qvatemala, Kolumbiya, Panama və Peruda akkreditə olunub. 2012-ci il iyulun 7-də Prezidenti İlham Əliyev diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Həmin sərəncamla İlqar Muxtarov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 

Şərhlər