İtaliya və Qazaxıstan 500 milyon dollarlıq müqavilələr imzalayıb

30.06.2015 09:34     Siyasi reaksiya     2045

Milanoda təşkil edilən və Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də iştirak etdiyi qazax-italyan biznes forumunda iki ölkə arasında təxminən 500 milyon dollar dəyərində 20 saziş imzalanıb. Sazişlər əsasən kənd təsərrüfatı avadanlıqları, qida, tekstil, neft və inşaat kimi sektorlarında imzalanıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev forumda etdiyi çıxışda bildirib ki, qlobal iqtisadiyyatda çətinliklər olmasına baxmayaraq ortaq planlar var: “Planlarımızdan bir neçəsi müvəffəqiyyətlə həyata keçib və ciddi layihələr halına gəlib. Bütün bunlar, bir-birimizə güvənərək ortaq olaraq çalışmağımız sayəsində gerçəkləşib".

Nazarbayev qeyd edib ki, İtaliya, Qazaxıstana investisiya qoyan ən böyük ölkələr arasındadır. Hal-hazırda bu ölkədə İtalyan sərmayəli olan təxminən 200 şirkət fəaliyyət göstərməkdə.

Şərhlər

Çox oxunanlar