Əbülfəz Qarayev: “İşləməyən müəssisələr ixtisar olunacaq”
29.01.2016 12:51 Siyasi reaksiya 1503
“Mədəniyyət və Turizm Nazirliyində ötən ilin axırında islahatlar keçirildi, şöbələr dəyişdirildi. Bu proses davam edəcək. Lazım olan yerlədə işləməyən müəssisələr ixtisar olunacaq”.
“Reaksiya” "APA"-ya istinadən xəbər verir ki, bunu Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev deyib. O bildirib ki, rəhbərlik etdiyi strukturda işlək və müasir üsullarla çalışan təşkilatların inkişafına təkan veriləcək.
Ə. Qarayev əlavə edib ki, Bakıda növbəti xalça simpoziumu keçiriləcək: “Bu sahədə müvafiq təşkilatlarla əməkdaşlıq edəcəyik. Amma mən sahibkarlara üzümü tutub demək istəyirəm ki, bu çağırış dövlət tərəfindən olmamalıdır. Bu, yeni bir biznes fəaliyyəti olmalıdır. Azərbaycan xalçasının inkişafına töhfə verməklə yanaşı, həm də yeni iş yerləri yaradılmalıdır”.
Şərhlər