Avropa Şurası Ermənistanı çirkli pulların yuyulması ilə mübarizədə daha sərt tədbirlər görməyə çağırıb

29.01.2016 14:02     Siyasi reaksiya     1443

Avropa Şurası (AŞ) Ermənistanı çirkli pulların yuyulması ilə mübarizədə daha sərt tədbirlər görməyə çağırıb. 
 
“Reaksiya” "Trend"-ə istinadən xəbər verir ki, bu barədə AŞ-nin yaydığı məruzədə deyilir.
 
Məruzədə deyilir ki, ekspertlər Ermənistanda çirkli pulların yuyulması faktları üzrə araşdırma prosesində ciddi nöqsanlar aşkarlayıblar: "Fırıldaqçılıq, vergidən yayınma, qaçaqmalçılıq və oğurluq Ermənistanda çirkli pulların yuyulması baxımından ciddi təhlükədir".

Şərhlər