Gömrük Komitəsi Samir Şərifovu təkzib etdi - YENİLƏNİB
29.01.2016 15:34 Siyasi reaksiya 1471

Dövlət Gömrük Komitəsi bu gün qurum rəhbərliyinin keçirdiyi mətbuat konfransında komitə sədrinin birinci müavini Səfər Mehdiyevin suallardan birinə verdiyi cavabla bağlı açıqlama yayıb.
Virtualaz.org-un Komitənin mətbuat xidmətinə istinadən məlumatına görə, açıqlamada bildirilir ki, DGK rəhbərliyinin mətbuat konfransında Səfər Mehdiyev suallardan birini cavablandırarkən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycana 4 milyard dollar kredit ayrılması ilə bağlı yalnız mətbuatda yayılan informasiyalardan söhbət açıb: “Bu fikir bir sıra kütləvi informasiya vasitələrində yanlış anlaşılıb”.
* * *13:17
Dünən Azərbaycan hökuməti ilə Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondu və Dünya Bankının missiyaları ilə keçirilən görüşdə 4 mlrd. ABŞ dolları həcmində kreditin cəlb edilməsi ilə bağlı danışıqlar aparılıb.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Səfər Mehdiyev deyib.
S.Mehdiyevin sözlərinə görə, bununla yanaşı hazırda Komitənin cari il üçün büdcə öhdəliklərinin dəyişdirilməsi ilə bağlı hökumətlə danışıqlar aparılır: "Bu il üçün idxalın həcmi 9 mlrd. dollar həcmində proqnozlaşdırılır".
Xatırladaq ki, dünən maliyyə naziri Samir Şərifov Azərbaycanın BVF və DB-dən kredit cəlb etmək niyyətində olmadığını vurğulayıb.
Şərhlər