Azərbaycan ən aşağı səviyyəyə salındı
29.01.2016 23:03 Siyasi reaksiya 1695
“Standard & Poor's” kredit reytinqləri xidməti Azərbaycanın uzunmüddətli kredit reytinqini azaldıb.
Milli və xarici valyutalarda Azərbaycanın uzunmüddətli kredit reytinqləri "BBB -" investisiya səviyyəsindən neftin qiymətinin düşməsi fonunda son pillə “BB+” səviyyəsinə enib.
“S&P”-nin yaydığı məlumatda bildirlir ki, Azərbaycan bu günə qədər ilk dəfədir ki, reytinqdə geriləyib. Qeyd olunur ki, indiyə qədər Azərbaycan reytinqdə ya irəliləyib, ya da yeri sabit olub. Milli və xarici valyutalarda ölkənin qısamüddətli reytinqləri A-3-dən B-yə qədər azaldılıb.
“Standard & Poor's” mərkəzi ofis
Reytinq agentliyi Azərbaycanın hazırda manatın daha da ucuzlaşmasının qarşısını almaq üçün mübarizə apardığını bildirir və qeyd edir ki, milli valyutanın ucuzlaşması nəticəsində adambaşına düşən Ümumi Daxili Məhsul dollar ekvivalenti ilə 2014-2016-cı illər ərzində iki dəfə azalmış olacaq.
Agentlik həmçinin bildirir ki, Azərbaycan növbəti üç il üçün büdcə kəsirini aradan qaldıra bilməyəcək. Xəbərdarlıq edilir ki, hökumət sosial sabitliyi saxlamaqla bərabər xərcləri də nəzarət altında saxlamaqda çətinlik çəkə bilər.
"Biz indi gözləyirik ki, Azərbaycan hökuməti 2018-ci ilin sonuna kimi büdcənin defisitini möhkəmləndirəcək. Bizim fikrimizcə, xarici risklər güclənir, Mərkəzi Bankın rezervlərinin üçdə ikisinin son 18 ayda tükədilməsi nəticəsində ölkə iqtisadiyyatı üçün “xarici risklər artır”, - deyə S&P analitikləri şərh ediblər.
Daha əvvəl xəbər yayılmışdı ki, Azərbaycan Ümumdünya bankdan 1 milyard dollar,Beynəlxalq valyuta fondundan - 3 milyard dollar kredit almağı planlaşdırır. Bu halda Azərbaycan neftə qiymətlərin uçqunundan zərər çəkmiş ölkələrə bu təşkilatların köməyin fövqəladə paketləri seriyasından kreditlərini alacaq birinci ölkə olacaq.
Azərbaycanın xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı son günlərdə xarici mətbuatda gedən yazılar yalandır. Bunu isə prezident İlham Əliyev bəyan edib. “Financial Times” qəzeti Beynəlxalq Valyuta Fondu və Dünya Bankının ucuz neft qiymətləri ilə mübarizə aparan Azərbaycana 4 milyard dollarlıq yardım paketi ayırmağı nəzərdən keçirdiyi barədə xəbər yayıb.
Valyuta Fondunun rəsmisi qəzetə verdiyi açıqlamada yerli hökumətin müraciəti əsasında “potensial texniki yardım” məsələsini müzakirə etmək üçün Fondun və Dünya Bankının nümayəndə heyətlərinin yanvarın 28-dən fevralın 4-nə kimi Bakıda görüşlər keçirəcəyini deyib.
Prezident gənclərlə görüşdə
Maliyyə naziri Samir Şərifov isə jurnalistlərə açıqlamasında bildirib ki, Beynəlxalq Maliyyə Fondu, Dünya Bankı və Asiya İnkişaf Bankının nümayəndələri ilə Bakıda görüş keçirilir. Amma hər hansı 4 milyard dollar kredit alınması söhbəti yoxdur. "Vəziyyət o qədər acınacaqlı deyil ki, kimdənsə təcili borc alaq. Əksinə, biz başqa dövlətlərə borc veririk. Çünki bizim maliyyə resurslarımız yetəri qədərdir".
Samir Şərifov - maliyyə naziri
Beynəlxalq Valyuta Fondu Beynəlxalq maliyyə təşkilatlarından biridir. Əsası 1944-cü ildə ABŞ-ın Hempşir ştatının Bretton-Vuds əyalətində BMT-nin valyuta konfransında qoyulan, valyuta-maliyyə sferasında beynəlxalq əməkdaşlığı təmin etmək, beynəlxalq ticarətin genişlənməsinə və tarazlı inkişafa şərait yaratmaq, bununla da üzv ölkələrin iqtisadi yüksəlişinə yardımçı olmaq, üzv ölkələrin valyuta stabilliyinə xidmət etmək, üzv ölkələrin tədiyyə balansındakı qeyri-tarazlıqları aradan qaldırmaq məqsədi ilə onlara kreditlər vermək, bununla da beynəlxalq iqtisadi əlaqələrin qarşısını alan maneələri aradan qaldırmaq, beynəlxalq ticarət münasibətlərinə maneçilik törədən valyuta idxalı məhdudiyyətlərinin aradan qaldırılmasına kömək məqsədi ilə yaradılan beynəlxalq maliyyə institutudur.
Şərhlər