İlham Əliyev: “Köklü iqtisadi islahatlar demokratik prosesdən ayrılıqda həyata keçirilə bilməz ”

30.01.2016 12:10     Siyasi reaksiya     1874

Prezident İlham Əliyevə məxsus “twitter” hesabından (@azpresident) Azərbaycandakı siyasi-iqtisadi proseslərlə bağlı qısa mesajlar paylaşılıb.
 
“Reaksiya” "Musavat.com"-a istinadən xəbər verir ki, Ölkə başçısı ötən dövrdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş genişmiqyaslı tədbirlərin ölkənin hərtərəfli və dayanıqlı inkişafını təmin etdiyini yazıb.
 
İlham Əliyev: “Mürəkkəb geosiyasi vəziyyət və ümumdünya iqtisadi böhranı şəraitində Azərbaycanın qarşısında duran bütün vəzifələr icra edilmişdir. Bu, böyük uğurdur” deyə qeyd edib.
 
Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq aləmdə fəal rol oynadığını və böyük hörmətə malik olduğunu vurğulayıb.
 
Dövlət başçısı: “Azərbaycanda həyata keçirilən siyasət xalqın maraqlarını müdafiə edir. Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır. Köklü iqtisadi islahatlar demokratik prosesdən ayrılıqda həyata keçirilə bilməz” deyə bildirib.
 
İ.Əliyev bildirib ki,  “Cənub” qaz dəhlizi Avropa üçün enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan üçün isə əlavə siyasi, iqtisadi və maliyyə imkanları yaradacaqdır.
 
Ölkə başçısı həmçinin qeyd edib ki,  Azərbaycan güclü tranzit ölkəsidir, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir.
 
Prezident: “Sosial müdafiə Azərbaycanda həyata keçirilən siyasətin əsas istiqamətlərindən biridir. 2016-cı ildə Azərbaycanda maaşlar, pensiyalar, sosial müavinətlər artırılmışdır” deyə öz “twitter” hesabından yazıb.
 

 

Şərhlər