Azərbaycan XİN Misirdə baş vermiş terror aktını pislədi

30.06.2015 14:05     Siyasi reaksiya     1831

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Misir Ərəb Respublikasının Baş Prokuroru Hişam Bərəkata qarşı 29 iyun tarixində təşkil olunmuş terror aktını qəti şəkildə pisləyir.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, XİN bu terror aktı nəticəsində həlak olmuş Hişam Bərəkatin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir: “Terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayır. Terrorizmə qarşı mübarizədə Misir xalqı və hökuməti ilə həmrəyliyini ifadə edir”.

Qeyd edək ki, iyunun 29-da Misirin paytaxtı Qahirədə Hərbi Akademiyanın yaxınlığında Misirin baş prokuroru Hişam Bərəkat hücum nəticəsində yaralanıb. O, aparıldığı xəstəxanada ölüb.

Şərhlər