“Belə başa düşürəm ki, gördüyüm işlər kimlərisə çox narahat edir...” - Millət vəkilindən sərt reaksiya

01.02.2016 11:53     Siyasi reaksiya     2196

Son günlər haqqında yayılan fikirlərə millət vəkili Adil Əliyev çox sərt reaksiya verib. Reaksiya xəbər verir ki, millət vəkili özünün şəxsi “Facebook” səhifəsində bunları yazıb: “Dostlar bildiyiniz kimi, “Facebook” səhifəmi özüm idarə edirəm. Vaxtım olduqca da, inboxa gələn məktublara baxıram. Deməli, məlum hadisə ilə bağlı, çirkli pullarla maliyyələşən bəzi KİV-lər, kütləvi və məqsədyönlü şəkildə qardaşımın, eyni zamanda mənim adımın hallandırmaqla çirkin məqsədlərinə çatmaq isəməkləri az deyilmiş kimi, bu gün kimsə saxta profildən, məni hədələyərək təhqirler yazıb. Mən belə başa düşürəm ki, gördüyüm işlər kimlərisə çox narahat edir. Bunlar anlamırlar ki, mən və qardaşlarım, bu dövləti, bu milləti heç bir maddi maraq güdmədən SEVİRİK və xidmət edirik.Biz heç vaxt, dövlətə və dövlətçiliyə qarşı çıxmadıq, vicdanla, şərəflə xidmət etdik və edirik. Biz heç vaxt, vəzifə üçün vicdanımızı auksiona qoymadıq. Bilin ki, bizim əl- ayağımız, sizinkindən fərqli olaraq,təmiz və pakdır..Mən sizdən qorxmuram”...

Şərhlər