İstanbulda çayxana atəşə tutulub - 2 nəfər ölüb, 4 nəfər yaralanıb
02.02.2016 10:19 Siyasi reaksiya 1953
Türkiyənin İstanbul şəhərində naməlum şəxslərin çayxananı atəşə tutması nəticəsində 2 nəfər ölüb, 4 nəfərsə yaralanıb.
APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, üzlərinə maska taxmış iki nəfər gecə saatlarında çayxanaya yaxınlaşaraq, odlu silahlarla atəşə tutublar. Çayxananı güllə-baran edən naməlum şəxslər daha sonra hadisə yerindən qaçıblar. Həmin vaxt orada olan iki kişi aldığı güllə yarasından hadisə yerində ölüb. Xəsarət almış 4 nəfərsə xəstəxanaya çatdırılıb.
Hadisədən sonra ərazidə əməliyyat-axtarış tədbirlərinə başlanıb. İlkin ehtimala görə, hadisəni terrorçular törədiblər.
Şərhlər