İlham Əliyev “Bürc-Xəlifə”də - FOTOLAR
02.02.2016 10:28 Siyasi reaksiya 2379
Birləşmiş Ərəb Əmirliklərində rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev Abu Dabidən Dubaya gəlib.
“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, İlham Əliyev Dubaydakı məşhur “Bürc-Xəlifə” binası ilə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, dünyanın ən böyük göydələni olan “Bürc-Xəlifə”nin tikintisi 2004-2009-cu illərdə həyata keçirilib. 2010-cu ildə binanın möhtəşəm açılışı olub. Əvvəllər “Bürc-Dubay” adlandırılan 165 mərtəbəli bu möhtəşəm tikilinin hündürlüyü 828 metrdir. Binanın 150-ci mərtəbəsindən sonrakı hissələrinin tikintisində polad konstruksiyalardan istifadə olunub. Bununla da “Bürc-Xəlifə” dünyada ilk dəfə beton kütlə üzərində polad konstruksiyalardan istifadə olunan tikili kimi tarixə düşüb.
Binanın daxili məxsusi olaraq “Bürc-Xəlifə” üçün hazırlanmış ətirlərlə təravətləndirilir. Göydələnin şüşələri günəş şüalarının qarşısını alaraq daxildə optimal temperatur rejiminin saxlanmasına şərait yaradır. “Bürc-Xəlifə” öz möhtəşəmliyi ilə Dubayın yeni işgüzar hissəsinin rəmzi sayılır.
Şərhlər