Azərbaycana keçən erməni ailəsindən xəbər var: - "Yaxşı yerdə yaşayırlar"
02.02.2016 10:58 Siyasi reaksiya 2279
Ötən il sentyabrın 17-də Azərbaycana keçən Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Martirosyan son aylarda mətbuatın gündəmindən düşüb. Hazırda erməni ailəsinin harada yaşaması, işlə təmin olunub-olunmamaları məlum deyil.
Reaksiya Musavat.com -a istinadən xəbər verir ki, Erməni ailəsinin xahişi ilə onların ölkəmizə gəlməsində böyük rol oynayan hüquq müdafiəçisi Novella Cəfəroğlu onlarla daim maraqlandıqlarını bildirdi: "Gələn həftə həmin erməni ailəsi ilə daha ciddi maraqlanacağıq. Ondan sonra mətbuata bu barədə geniş açıqlama verəcəm. Onlar daim diqqətimizdədir. Əlaqələrimiz var. Həmkarlarım erməni ailəsi ilə tez-tez görüşürlər. Ümumi vəziyyətləri normaldır. Hazırda yaxşı yerdə yaşayırlar. Erməni ailəsinə ölkəmizdə vətəndaşlıq verilib-verilməməsini bu həftə açıqlayacağıq. Onu deyim ki, Azərbaycanda yaşamalarından çox razıdırlar".
Xatırladaq ki, erməni ailəsi ötən il sentyabrın 17-də düşmən ölkədəki zülmlərdən canlarını qurtararaq, Azərbaycana qaçmışdı. Ölkəmizdə yüksək səviyyədə qarşılanan Vaan Martirosyan və ailəsinin aqibətinin necə olacağı hələ də məlum deyil. Erməni ailəsi qanunla ya üçüncü ölkəyə təhvil verilməli, ya da Azərbaycan vətəndaşlığı verilməlidir.
Şərhlər