Türkiyədən iki qardaş ölkənin mediasına cağrış

30.06.2015 17:36     Siyasi reaksiya     2302

Son aylarda Azərbaycan və Türkiyəyə qarşı Avropa, ümumilikdə Qərbin apardığı siyasətdən narahat olan, Türkiyədə yayımlanan avangartha.com saytı adı cəkilən iki ölkənin mediasına müraciət edib. Müraciətdə bu olanlara susmanın düzgün olmadığı bəyan edilib: "Bəzilərimiz dövlətin başında duranları sevməyə bilərik. Amma anlamalıyıq ki, iqtidarlar gəldi, gedərdi. Dövlətimiz isə hər zaman qalmalıdır. Bunu qərbi idarə edənlər də, bu siyasəti aparanlar da çox yaxşı bilirlər. Odur ki, onların əlində olan mətbuat ərazilərimizin təhlükəyə düşməsi, dövlətimizin parcalanması ücün, hər cür iftiralar yazmaqdadırlar. Bu iyrənc oyunlara susmaq isə, Vətənə, millətə xəyanət sayılır".

Saytın yaydığı müraciətdə özünü vətənpərvər görən hər iki ölkə mediyasına ümummilli məsələlərdə birləşmək də tövsiyyə olunur. Qərbin iyrənc kampaniyasına, vətən naminə cavab verilməsi də rica edilir. Və ölkəmizin uğuru da, məğlubiyyəti də bizlərindir deyə, xatırladılır. Həmcinin, bu kimi halların iki ölkə KİV- ləri tərəfindən qaldırılması vacibliyi qeyd edilir: "Qərb mətbuatının və qərbin bizləri sevmədiyi “Bakı-2015” I Avropa Oyunları zamanı daha da açıq bir şəkildə göründü. Bu oyunların Azərbaycanda baş tutmaması ücün Qərbin, əsasən də Almaniyanın dövlət adamlarının var gücləri ilə çalışdığın gördük. Amma hər şeyə rəğmən oyunlar yüksək səviyyədə baş tutdu və bitdi. Dünyanın bu oyunları heyranlıqla izlədiyi bir halda, Qərb öz iyrənc oyunlarından vaz kecmədi. Odur ki, hər iki ölkənin kütləvi informasiya vasitələri dövlətçilik, xalq naminə birləşməli və dövlətinin yanında olmalıdr".

 
 

 

Şərhlər