Putinə "Hollywood"dan təklif gəlib

01.07.2015 02:14     Siyasi reaksiya     4229

“Emmy” mükafatı laureatı Amerikalı prodüser Mark Burnett, dünya liderlərini əks etdirəcək yeni bir reality show layihəsi həuyata keçirməyi düşünür. Burnettin proqramında iştirak etməsini istədiyi birinci siyasətçi isə Rusiya prezidenti Vladimir Putin olub.

Mətbuatda gedən xəbərlərə görə Rusiya prezidenti Putin Brunettin düşündüyü kimi təklifi qəbul etsə, gərgin iş proqramından şou üçün də vaxt ayırmaq məcburiyyətində qalacaq. ABŞ-lı prodüser, Putinin təklifini qəbul etməsi və proqramın uğurlu olması halında, Rusiya prezidentinə yeni əməkdaşlıq təklifləri də təqdim etməyi planlaşdırır.

Rusiya prezidenti Vladimir Putin ABŞ-da serial və televiziya sektorunda böyük maraq oyandıran şəxslərdəndir. ABŞ istehsalı siyasi triller “Homeland”in prodüseri Leslie linka Glatter serialın beşinci mövsümündə Putinə də yer vermək istədiyini açıqlamışdı.

Şərhlər

Çox oxunanlar