GUAM-ın baş katibi Azərbaycana gəlib

05.02.2016 12:20     Siyasi reaksiya     1703

GUAM-ın baş katibi Altay Əfəndiyev Azərbaycana gəlib. Təşkilatın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfər çərçivəsində baş katib Azərbaycan Xarici İşlər Nazirliyində məsləhətləşmələr keçirəcək.
A.Əfəndiyevin bu gün Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimovla, fevralın 8-də isə Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşəcəyi gözlənilir.
 
Xatırladaq ki, yanvarın 1-dən azərbaycanlı diplomat A.Əfəndiyev GUAM-ın baş katibi vəzifəsində fəaliyyətə başlayaraq, bu postda Valeri Çeçelaşvilini əvəzləyib.
Azərbaycan GUAM-a bu ilin birinci yarısında sədrlik edəcək.

Şərhlər