Azərbaycanın NATO PA nümayəndə heyətinin yeni tərkibi təsdiq olunb

05.02.2016 13:36     Siyasi reaksiya     1352

Azərbaycanın NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.
 
Trend-in məlumatına görə, nümayəndə heyətinə Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Kamran Bayramov və Qüdrət Həsənquliyev daxil edilib.
 
Yeni tərkibdə Kamran Bayramov Tahir Süleymanovun yerinə təyin edilib.

Şərhlər