Prezident generallarla bağlı sərəncam verdi

01.07.2015 12:32     Siyasi reaksiya     2068

Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.


Reaksiya.Az-ın AzərTac-a istinadən verdiyi məlumata görə, sərəncama əsasən, polis general-mayoru İsmət Rəşid oğlu Əliyevə polis general-leytenantı ali xüsusi rütbəsi verilib.

Sərəncama əsasən, polis polkovniki Seyfulla Səttar oğlu Əzimov və polis polkovniki Əkbər Arif oğlu Yusifova isə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

Şərhlər

Çox oxunanlar