Polad Bülbüloğlu Rusiya XİN-nin fəxri nişanı ilə təltif edilib
05.02.2016 20:24 Siyasi reaksiya 1083

Moskva.Fərid Əkbərov - APA. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Xarici İşlər Nazirliyinin “Beynəlxalq əməkdaşlığa töhfə” fəxri nişanı ilə təltif edilib.
APA-nın Moskva müxbirinin məlumatına görə, diplomatik fəaliyyətinin 10 illiyi ilə əlaqədar səfir Polad Bülbüloğluna nişanı Rusiya xarici işlər naziri Sergey Lavrov təqdim edib.
Şərhlər