Azərbaycan və İsveç ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalayıb
10.02.2016 12:40 Siyasi reaksiya 1143

Azərbaycan və İsveç ikiqat vergitutmanın aradan qaldırılması haqqında saziş imzalayıb.
"Report" xəbər verir ki, saziş Bakıdakı görüşün yekunu olaraq, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və onun isveçli həmkarı Marqot Vallstrem tərəfindən imzalanıb.
Saziş özündə gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınmasını ehtiva edir.
Şərhlər