Bu gün Azərbaycan-Böyük Britaniya hökumətlərarası komissiyanın ilk iclası keçiriləcək

11.02.2016 11:15     Siyasi reaksiya     1028

Londonda Azərbaycan hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində fəaliyyət göstərən Ticarət və İnvestisiyalar, Maliyyə və Peşəkar Xidmətlər üzrə birgə işçi qruplarının iclası və Təhsil Forumu keçirilib.
 
Nazirlidən “APA-Economics”ə verilən məlumata görə, iclaslarda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələr və müvafiq sahələrdə əməkdaşlıq perspektivləri, eləcə də komissiyanın iclasına hazırlıq məsələləri müzakirə edilib.
 
Bu gün isə Neft və Qaz üzrə işçi qrupunun iclası və Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək.
 
Qeyd edək ki, Hökumətlərarası Komissiyanın iclasında iştirak etmək məqsədilə İqtisadiyyat naziri, komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Böyük Britaniyada səfərdədir. Komissiyanın Böyük Britaniya tərəfindən həmsədri isə bu ölkənin Ticarət və İnvestisiyalar üzrə dövlət naziri Fransis Moddur.

Şərhlər