İlham Əliyev investorları Azərbaycana dəvət etdi (FOTO)
12.02.2016 20:39 Siyasi reaksiya 1138
Azərbaycan prezidenti Almaniyada bir sıra görüşlər keçirib.
Prezident İlham Əliyev Münxendə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb.
ANS PRESS-in məlumatına görə, görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib. Ölkəmizdə sərmayə qoyuluşu baxımından münbit şəraitin olduğu bildirilib.
Söhbət zamanı Azərbaycanın və Almaniyanın iş adamları arasında qarşılıqlı biznes səfərlərinin təşkilinin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
İlham Əliyev və Volfqanq Büxele
Prezident ABŞ müdafiə katibinin kəşfiyyat üzrə müavini Marsel Lettre ilə də görüşüb. Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib. Münasibətlərimizin bir sıra sahələrdə tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb.
Terrorizmlə mübarizə sahəsində əməkdaşlıq baxımından yaxşı perspektivlərin olduğu qeyd edildi. Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İlham Əliyev və Marsel Lettre
Prezidenti İlham Əliyevin “Kaspersky Lab” şirkətinin sahibi və icraçı direktoru Yevgeni Kasperski ilə də görüşü olub. Görüşdə “Kaspersky Lab” şirkətinin Azərbaycanın müvafiq qurumları ilə əməkdaşlığından məmnunluq ifadə olunub. Əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib.
Kibercinayətkarlığa qarşı mübarizə sahəsində və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
İlham Əliyev və Yevgeni Kasperski
Şərhlər