İlham Əliyev Almaniyada Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi
13.02.2016 15:12 Siyasi reaksiya 1172
Azərbaycan Prezidenti Almaniyanın xarici işlər naziri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın xarici işlər naziri ilə görüşüb.
ANS PRESS-in məlumatına görə , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxendə Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişafından məmnunluq ifadə edildi. Münasibətlərimizin daha da inkişaf etdirilməsi baxımından belə görüşlərin və səfərlərin əhəmiyyəti qeyd olundu. Beynəlxalq böhranın davam etdiyi və neftin qiymətinin aşağı düşdüyü bir dördə Azərbaycanda iqtisadi inkişafın, xüsusilə də qeyri-neft sektorunun daha da inkişafına diqqət yetirilməsinin, sosial proqramların icrasının təmin olunmasının əhəmiyyəti vurğulandı.
Almaniyanın bu ildən ATƏT-ə sədrliyi dövründə Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı.
İlham Əliyev və Frank-Valter Ştaynmayer
Prezident İlham Əliyev həmçinin Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrin intensivliyi baxımından görüşlərin və qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edildi.
Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi, səylərin bu istiqamətə yönəldilməsinin vacibliyi vurğulandı və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.
İlham Əliyev və Yohannes Han
Şərhlər