Prezident İlham Əliyev serbiyalı həmkarını təbrik etdi

13.02.2016 18:24     Siyasi reaksiya     1120

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Serbiya Respublikasının prezidentiTomislav Nikoliçə təbrik məktubu ünvanlayıb. 

AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: 

"Hörmətli cənab prezident,

Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Serbiya arasında qarşılıqlı etimada və dəstəyə əsaslanan dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və tərəqqi arzulayıram".

Şərhlər