Yeni müdafiə naziri kim olacaq?

02.07.2015 11:26     Siyasi reaksiya     1965

Türkiyədə keçirilən parlament seçkisindən sonra hökumətin formalaşdırılması başlayıb.

Türkiyə Milli Müdafiə naziri İsmət Yılmazın parlamentin spikeri seçilməsindən sonra bu vəzifəyə kimin təyin olunacağı barədə müzakirələr başlayıb. ANS PRESS-in məlumatına görə, gecə baş nazir Əhməd Davudoğlu bu vəzifəyə birbaşa təyinat olacağını açıqlamışdı. Bu səhər isə artıq Ankarada hakim Ədalət və İnkişaf partiyasının (AKP) Niğdə millət vəkili Alparslan Kavaklıoğlunun müdafiə naziri təyin olunacağı barədə söhbətlər gəzməyə başlayıb. 

Alparslan Kavaklıoğlu MİT-ə (Türkiyənin Milli İstihbarat təşkilatı) böyük səlahiyyətlər verən qanunun memarı kimi də tanınır. Onun milli müdafiə naziri kimi namizədliyi Əhmət Davudoğlu kabinetinin formalaşdırılması müddətində də irəli sürülmüşdü.



Türkiyə konstitusiyasının 113-cü maddəsinə görə, hər hansı bir səbəblə boşalan nazirlik vəzifəsinə ən gec 15 gün ərzində təyinat olmalıdır. 7 iyun seçkisindən sonra hökumətin istefa verməsi və yenisi qurulana qədər vəzifəsinə davam etməsi səbəbindən konstitusiyada göstərilən bu mexanizmin hansı şəkildə işləyəcəyi müzakirə mövzusu olub.

Türkiyənin müdafiə naziri postunu İsmet Yılmaz tutub. Lakin o ötən gün Türkiyə parlamentin spikeri seçildiyi üçün postu boşalıb. 


Şərhlər