Narazı müsavatçıların iddiası... TƏMİN EDİLMƏDİ

15.02.2016 20:00     Siyasi reaksiya     1032

Binəqədi Rayon Məhkəməsində Musavat Partiyasının sonuncu qurultayının nəticələrindən narazı qalan bir qrup şəxsin şikayəti əsasında məhkəmə prosesi keçirilib.

Məlumata görə, hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən məhkəmədə şikayətlərə baxılıb, vəsatətlər qaldırılıb.

Məhkəmə qurultayın nəticələrinin ləğv olunması ilə bağlı iddianı təmin etməyib.

Müsavat Qadınlar Təşkilatının sabiq sədri Ellada Məmmədli Apa -ya açıqlamasında deyib ki, məhkəmənin qərarından apellyasiya şikayəti verəcəklər.

Qeyd edək ki, Müsavatın ötən il sentyabrın 27-də keçirilən qurultayında Arif Hacılı partiya başqanı seçilib. Qurultayın nəticəsindən narazı qalanlar isə məhkəməyə müraciət edərək, nəticələrin ləğv olunmasını tələb ediblər.

Türküstan.info

Şərhlər