İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı

16.02.2016 10:40     Siyasi reaksiya     1085

Prezident İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

 

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. Müəyyən edilsin ki, 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının Azərbaycan Respublikasında keçiriləcək final mərhələsinin təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycana gələn xarici dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

 

2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

 

2.1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu;

 

2.2. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;

 

2.3. 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

 

3. Bu Sərəncamın 1-ci hissəsində göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:

 

3.1. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə təşkilati məsələlərlə əlaqədar gələn və Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş şəxslər - 2016-cı il aprelin 1-dən iyunun 1-dək;

 

3.2. 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsində iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri - 2016-cı il aprelin 20-dən mayın 25-dək;

 

3.3. Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər, habelə 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına bilet əldə etmiş şəxslər - 2016-cı il mayın 1-dən 25-dək.

 

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat məsələlərini həll etsinlər.

 

5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

 

5.1. 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Avropa Futbol Assosiasiyaları Birliyinə (UEFA) və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

 

5.2. 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

 

6. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Azərbaycan Respublikasına uçuşlar həyata keçirən aviasiya şirkətlərinə məlumat versin", - sərəncamda qeyd edilib.

 

***

 

İlham Əliyev 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycan Respublikasında keçirilməsinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd edilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 17 yaşınadək futbolçular arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin Azərbaycan Respublikasında keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, fəaliyyət istiqamətlərinə uyğun olaraq, çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı təhlükəsizliyin təmin olunması, mühafizənin təşkili, çempionat zamanı baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlər görsünlər.

 

2. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, fəaliyyət istiqamətlərinə uyğun olaraq, çempionatın final mərhələsində iştirak üçün Azərbaycan Respublikasına gələcək Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) əməkdaşlarının, vəzifəli şəxslərinin, UEFA nümayəndə heyəti üzvlərinin, UEFA üzvü olan assosiasiyaların əməkdaşlarının və vəzifəli şəxslərinin ölkəyə gəlmə və ölkədən getmə zamanı dövlət sərhədindən keçməsi, gömrük nəzarətinin aparılması, habelə çempionatla və çempionat tədbirləri ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı, onlara Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə verilməsi kimi məsələlərin həllində operativliyi təmin etsinlər.

 

3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi çempionatın final mərhələsində təcili tibbi yardım, sanitariya və epidemioloji təhlükəsizlik işlərinin təşkili üçün zəruri tədbirlər görsün.

 

4. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Müəllif Hüquqları üzrə Dövlət Agentliyi, öz səlahiyyətləri çərçivəsində, çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı UEFA-nın media, marketinq və digər kommersiya hüquqlarının qorunmasını təmin etsinlər.

 

5. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti çempionatın final mərhələsinin keçirilməsi üçün tələb olunan telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görsünlər.

 

6. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu çempionatın final mərhələsinin təşkili ilə əlaqədar ölkəyə gələn və çempionatın final mərhələsində iştirak edən şəxslərin müraciətlərinə operativ baxılmasını təmin etsinlər.

 

7. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Müəllif Hüquqları üzrə Dövlət Agentliyi çempionatla və çempionat tədbirləri ilə bağlı UEFA-nın və (və ya) üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarının qeydiyyatı, qeydiyyatına etiraz və ya qeydiyyatından imtina prosedurlarının operativ həyata keçirilməsini təmin etsinlər.

 

8. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

 

01:20

 

İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

 

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun 2016-cı il martın 1-dən tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

 

1.1. üç ay müddətində:

 

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.1.3. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 42.2-ci maddəsinə uyğun olaraq inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.1.4. həmin Məcəllənin 43.2-ci maddəsinə uyğun olaraq rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.1.5. həmin Məcəllənin 45 – 47, 122.1 və 125-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.2. dörd ay müddətində:

 

1.2.1. həmin Məcəllənin 94.10 və 94.11-ci maddələrinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş tez xarab olan mallar barəsində sərəncam verilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

 

1.2.2. həmin Məcəllənin 100.5 və 114.4-cü maddələrinə uyğun olaraq inzibati xəta haqqında protokolun və səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın (qərardadın) formalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

 

1.2.3. həmin Məcəllənin 452.1-ci maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

 

1.2.4. həmin Məcəllənin 94.9-cu maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraat zamanı götürülmüş odlu silahın, onun patronlarının, digər silahın və döyüş sursatının saxlanılması qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.3. beş ay müddətində:

 

1.3.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.4-cü maddəsini və həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan cərimə məbləğlərini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cərimə məbləğlərinin artırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.3.2. qüvvədə olan normativ hüquqi aktlarda nəzərdə tutulan maliyyə sanksiyalarının ləğv edilməsi və həmin sanksiyaların tətbiqinə əsas olan hüquqpozmalara görə inzibati məsuliyyətin müəyyən edilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.3.3. siqaretin çəkilməsi qadağan olan yerləri müəyyən edən “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

 

1.3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

 

1.4. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

 

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

3. Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər barədə hər ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

4. Müəyyən edilsin ki:

 

4.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 42.2, 43.2, 43.3 və 192.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

 

4.2. həmin Məcəllənin 115.4.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir;

 

4.3. həmin Məcəllənin 37.6, 56.1, 56.3, 94.9, 94.10, 94.11, 100.5, 114.4, 189.2, 248.1.3, 269.0.6, 290.1.3, 290.1.9-cu maddələrində, 333-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndində və 340.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

 

4.4. həmin Məcəllənin 16.4-cü maddəsində, 16-cı maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində və 114.2.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur;

 

4.5. həmin Məcəllənin 28.1, 57.3, 59.2, 154.1, 154.3, 168, 395.1-ci maddələrində, 395-ci maddəsinin “Qeyd” hissəsində, 454, 531.1, 531.2 və 608.1-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

 

4.6. həmin Məcəllənin 37.3, 162.3, 163, 213.0.2, 219, 428.4, 562.1 və 562.2-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur;

 

4.7. həmin Məcəllənin 40.0.3-cü maddəsində və 44-cü maddəsinin adında və mətnində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə, bu Fərmanın 5-ci hissəsində göstərilmiş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan Azərbaycan Respublikasının nazirlikləri, dövlət komitələri və digər müvafiq icra hakimiyyəti orqanları, habelə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

 

4.8. həmin Məcəllənin 81.2, 110.3-cü maddələrində, 122.1-ci maddəsinin birinci cümləsində, 122.2, 122.5, 123.1, 123.2-ci maddələrində, 124.4-cü maddəsinin birinci və dördüncü cümlələrində, 124.5, 124.6, 125.1,125.4, 125.6, 126.3 və 339.5-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemi” dedikdə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi nəzərdə tutulur;

 

4.9. həmin Məcəllənin 87.3, 88.1.1, 96.1.6, 97.1-ci maddələrində, 97.3-cü maddəsinin birinci və üçüncü cümlələrində, 97.4, 98-ci maddələrində, 124.1-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 125.5, 152.2, 156.2, 327.3, 339.4, 345.2, 352.0.11, 354.0.8 (yol hərəkətinin təhlükəsizliyi sahəsində), 428.5, 590.1, 590.2, 592, 597.0.2 və 597.0.3-cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

 

4.10. həmin Məcəllənin 88.1.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur;

 

4.11. həmin Məcəllənin 88.1.4 və 293.6-cı maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulur;

 

4.12. həmin Məcəllənin 88.1.6, 155.2, 155.3, 155.5, 578.5 və 578.6-cı maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti nəzərdə tutulur;

 

4.13. həmin Məcəllənin 92.3-cü maddəsində və 550-ci maddənin adında və mətnində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti nəzərdə tutulur;

 

4.14. həmin Məcəllənin 122.1-ci maddəsinin ikinci cümləsində, 125.1, 125.2.1, 125.2.2, 125.6 və 339.5-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi” dedikdə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sistemi nəzərdə tutulur;

 

4.15. həmin Məcəllənin 125.4-cü maddəsində (birinci halda) “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzərdə tutulur;

 

4.16. həmin Məcəllənin 150.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemləri” dedikdə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN ödəniş” sistemi nəzərdə tutulur;

 

4.17. həmin Məcəllənin 150.11-ci maddəsinin altıncı cümləsində, 150.13-cü maddəsinin dördüncü cümləsində, 580-ci maddəsində, 581-ci maddəsinin adında və mətnində, 602.2.1, 602.2.2, 602.2.3-cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı”, 549-cu maddəsində isə “bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan” dedikdə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur;

 

4.18. həmin Məcəllənin 152.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (kiçik həcmli gəmilərə münasibətdə) və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (digər gəmilərə münasibətdə) nəzərdə tutulur;

 

4.19. həmin Məcəllənin 152.4, 234.0.1, 253.3.4, 269.0.5-ci maddələrində, 541-ci maddəsinin adında və mətnində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

 

4.20. həmin Məcəllənin 194-cü maddəsində, 539-cu maddəsinin adında, 539.1, 539.2, 540.1, 540.2 və 556.3-cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

 

4.21. həmin Məcəllənin 195.1 və 195.2-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

 

4.22. həmin Məcəllənin 198.0.9-cu maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi nəzərdə tutulur;

 

4.23. həmin Məcəllənin 231.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində yerləşən mədəni sərvətlərə münasibətdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur;

 

4.24. həmin Məcəllənin 248.1.1 və 248.1.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları ilə razılaşdırmaqla) həyata keçirir;

 

4.25. həmin Məcəllənin 276.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;

 

4.26. həmin Məcəllənin 284.1 və 289.0.3-cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi nəzərdə tutulur;

 

4.27. həmin Məcəllənin 311 və 394.0.7-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

 

4.28. həmin Məcəllənin 342.1.9-cu maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

 

4.29. həmin Məcəllənin 352.0.1, 354.0.8 (yol hərəkətinin təhlükəsizliyi sahəsi istisna olmaqla) maddələrində və 552-ci maddəsinin adında və mətnində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

 

4.30. həmin Məcəllənin 394.0.4, 432.2, 515.0.1 və 516.0.1-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzərdə tutulur;

 

4.31. həmin Məcəllənin 403 və 405-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bilavasitə tabe olan vergi orqanları, habelə Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi nəzərdə tutulur;

 

4.32. həmin Məcəllənin 421, 429.0.2-ci maddələrində, 548-ci maddəsinin adında, 548.1 və 548.2-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi nəzərdə tutulur;

 

4.33. həmin Məcəllənin 428.3, 544.1 və 544.2-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

 

4.34. həmin Məcəllənin 428.7-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, rayon və şəhər icra hakimiyyəti orqanları, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi nəzərdə tutulur;

 

4.35. həmin Məcəllənin 432.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

 

4.36. həmin Məcəllənin 461.1, 461.2-ci maddələrində, 545-ci maddəsinin adında və mətnində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Vergilər Nazirliyi nəzərdə tutulur;

 

4.37. həmin Məcəllənin 465-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur;

 

4.38. həmin Məcəllənin 477-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu nəzərdə tutulur;

 

4.39. həmin Məcəllənin 479, 481, 482.3, 484-cü maddələrində, 485-ci maddəsinin adında və mətnində, 486-cı maddəsində, 487-ci maddəsinin adında, 487.1 – 487.4, 488 (hər iki halda), 489, 491.2, 491.3, 492.1 və 493-cü maddələrində, 494, 495, 506 və 546-cı maddələrinin adında və mətnində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur;

 

4.40. həmin Məcəllənin 516.0.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

 

4.41. həmin Məcəllənin 537-ci maddəsinin adında, 537.1 və 537.2-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi nəzərdə tutulur;

 

4.42. həmin Məcəllənin 542-ci maddəsinin adında və mətnində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

 

4.43. həmin Məcəllənin 543-cü maddəsinin adında və mətnində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;

 

4.44. həmin Məcəllənin 555.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur;

 

4.45. həmin Məcəllənin 557.1, 557.2 və 561-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi nəzərdə tutulur;

 

4.46. həmin Məcəllənin 558.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti, rayon və şəhər icra hakimiyyəti orqanları nəzərdə tutulur;

 

4.47. həmin Məcəllənin 573.1 və 573.2-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur;

 

4.48. həmin Məcəllənin 597.0.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərə, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, digər hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

 

4.49. həmin Məcəllənin 603.1 – 603.3, 604, 605, 606.2.1, 606.2.3, 606.3 və 609.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri həyata keçirirlər.

 

5. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilsin ki:

 

5.1. həmin Məcəllənin 157, 209, 212.1, 227, 266.3, 266.4, 290.1.1 – 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 322.0.2, 323, 327.1 – 327.7, 328 – 331, 332.1 – 332.3, 333.1, 334.1, 335.1 – 335.4, 336, 337.1 – 337.4, 338.1 – 338.6, 339.1, 342.1.1 – 342.1.8, 342.1.10, 342.2 – 342.7, 343.1, 343.4, 344 – 347, 352.0.1 – 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 – 353.3, 354.0.1, 354.0.4, 354.0.7, 355 – 358, 428.5, 443.2, 510, 513, 514, 517.0.1 – 517.0.6, 517.0.9 – 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583 – 586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır;

 

5.2. həmin Məcəllənin 189.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə yerli icra hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri baxırlar;

 

5.3. həmin Məcəllənin 191.2 və 477-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu baxır;

 

5.4. həmin Məcəllənin 192 – 194, 198 – 203, 469.2, 539, 540, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır;

 

5.5. həmin Məcəllənin 195.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar;

 

5.6. həmin Məcəllənin 210, 211, 213 – 220, 225.1, 265, 428.4 və 452-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi baxır;

 

5.7. həmin Məcəllənin 212.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi baxır;

 

5.8. həmin Məcəllənin 222-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin maddədə göstərilən məhsulların istehsalı və satışaqədər saxlanması mərhələsində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, həmin məhsulların istehlakçılara təklif olunması mərhələsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır;

 

5.9. həmin Məcəllənin 223, 224, 225.2 və 226-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi baxır;

 

5.10. həmin Məcəllənin 228, 233, 243.0.2, 243.0.7, 243.0.8 və 243.0.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar;

 

5.11. həmin Məcəllənin 230, 234, 236 – 242, 243.0.3, 243.0.5, 243.0.6, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253 – 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 269, 271, 273, 274, 275, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır;

 

5.12. həmin Məcəllənin 231.1, 480 – 505, 507, 509 və 546-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır;

 

5.13. həmin Məcəllənin 231.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, bu inzibati xətalar “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində yerləşən mədəni sərvətlərə münasibətdə törədildikdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi baxır;

 

5.14. həmin Məcəllənin 231.3 və 231.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə mədəni irsə münasibətdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, təbii irsə münasibətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bu inzibati xətalar “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqları ərazisində törədildikdə isə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi baxır;

 

5.15. həmin Məcəllənin 232, 283, 284.1, 284.3, 285, 287 – 289, 290.1.7 – 290.1.9, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə) və 340.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi baxır;

 

5.16. həmin Məcəllənin 235, 243.0.4, 268, 276, 277, 311, 518, 519, 536 və 543-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır;

 

5.17. həmin Məcəllənin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması tələblərinin pozulması hissəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulması hissəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır;

 

5.18. həmin Məcəllənin 244 (meşə fonduna aid olan torpaqlar istisna olmaqla), 245 – 248, 250, 251.2 və 557-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi baxır;

 

5.19. həmin Məcəllənin 251.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerquruluşu və kadastr məqsədləri üçün daimi fəaliyyət göstərən geodeziya istinad məntəqələrinin sıradan çıxarılması ilə əlaqədar inzibati xətalar haqqında işlərə isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi baxır;

 

5.20. həmin Məcəllənin 252-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır;

 

5.21. həmin Məcəllənin 270.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, xüsusi (sahəvi) təyinatlı geodeziya materiallarının və məlumatlarının, avadanlığının və cihazlarının ticarət dövriyyəsinə daxil edilməsi ilə əlaqədar inzibati xətalar haqqında işlərə isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi baxır;

 

5.22. həmin Məcəllənin 270.0.2 və 270.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, yerquruluşu və kadastr məqsədləri üçün daimi fəaliyyət göstərən geodeziya istinad məntəqələrinin korlanması, yaxud məhv edilməsi, yerlərinin dəyişdirilməsi, habelə belə məntəqələrin yenidən qurulması, yaxud yeni məntəqələrin quraşdırılması ilə əlaqədar inzibati xətalar haqqında işlərə isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi baxır;

 

5.23. həmin Məcəllənin 272-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır;

 

5.24. həmin Məcəllənin 278-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar;

 

5.25. həmin Məcəllənin 279 – 282-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi baxır;

 

5.26. həmin Məcəllənin 293 – 299, 319.6 və 320.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası baxır;

 

5.27. həmin Məcəllənin 300 – 305, 319.2 – 319.4, 320.2 – 320.4, 322.0.3 – 322.0.6 və 325.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi baxır;

 

5.28. həmin Məcəllənin 307 – 309, 312 – 318, 319.5 və 320.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası baxır;

 

5.29. həmin Məcəllənin 310-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə kiçik həcmli gəmilərə münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, digər gəmilərə münasibətdə isə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası baxır;

 

5.30. həmin Məcəllənin 319.1, 320.1, 393, 395, 396, 397, 400, 455.1 və 587-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxırlar;

 

5.31. həmin Məcəllənin 321 və 570 – 572-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti baxır;

 

5.32. həmin Məcəllənin 322.0.1, 322.0.7, 350.2, 352.0.4, 352.0.5, 352.0.7 – 352.0.10, 354.0.2, 354.0.3, 354.0.5, 354.0.6, 354.0.8 – 354.0.10-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi baxır;

 

5.33. həmin Məcəllənin 342.1.9 və 348-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır;

 

5.34. həmin Məcəllənin 350.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar;

 

5.35. həmin Məcəllənin 359 – 367, 380, 459.3 və 459.4-cü maddələrindənəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi baxır;

 

5.36. həmin Məcəllənin 384, 385 və 428.11-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Milli Televiziya və Radio Şurası baxır;

 

5.37. həmin Məcəllənin 386 və 392-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi baxır;

 

5.38. həmin Məcəllənin 389 və 390-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi baxır;

 

5.39. həmin Məcəllənin 391-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi baxır;

 

5.40. həmin Məcəllənin 394.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi, 394.0.3 – 394.0.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, 394.0.1-ci maddəsində nəzərdə tutulmuş lisenziya olmadan tikintisinə icazə tələb olunan və ya barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi ilə əlaqədar inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi, lisenziya olmadan tikintisinə icazə tələb edilən bina və qurğuların mühəndis-axtarış və ya tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır;

 

5.41. həmin Məcəllənin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi baxır;

 

5.42. həmin Məcəllənin 410, 411, 458, 468, 470 – 476 və 478-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi baxır;

 

5.43. həmin Məcəllənin 414 – 427, 428.8, 428.9, 429 və 548-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi baxır;

 

5.44. həmin Məcəllənin 428.1 – 428.3, 428.6, 444 – 446, 447.0.1, 447.0.2, 447.0.9, 453 və 544.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır;

 

5.45. həmin Məcəllənin 430.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Vergilər Nazirliyi baxır;

 

5.46. həmin Məcəllənin 430.2, 450.2, 461, 467 və 545-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Vergilər Nazirliyi baxır;

 

5.47. həmin Məcəllənin 430.3, 430.4, 433 – 440 və 463-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Mərkəzi Bankı baxır;

 

5.48. həmin Məcəllənin 432.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə fiziki şəxslərə və dini qurumlar istisna olmaqla digər qeyri-kommersiya qurumlarına münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, kommersiya hüquqi şəxslərinə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır;

 

5.49. həmin Məcəllənin 432.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi baxır;

 

5.50. həmin Məcəllənin 432.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə qeyri-hökumət təşkilatlarına, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, banklara münasibətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı baxır;

 

5.51. həmin Məcəllənin 447.0.3-cü maddəsində nəzərdə tutulmuş standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalı ilə əlaqədar işlərə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 447.0.4-cü maddəsində nəzərdə tutulmuş qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalı ilə əlaqədar işlərə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, qanunvericiliyə uyğun olaraq sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması, işlərin yerinə yetirilməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, 447.0.5-ci maddəsində nəzərdə tutulmuş standartların və digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun istehsalı ilə əlaqədar işlərə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, standartların və digər normativ sənədlərin tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ya ətraf mühit üçün təhlükəli məhsulun satılması, işin (xidmətin) görülməsi ilə əlaqədar işlərə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır;

 

5.52. həmin Məcəllənin 447.0.6 – 447.0.8, 537.2 və 538-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi baxır;

 

5.53. həmin Məcəllənin 454 və 455.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları baxır;

 

5.54. həmin Məcəllənin 457-ci maddəsində nəzərdə tutulmuş bank fəaliyyəti sahəsində qiymətli metalların və qiymətli daşların uçotu, saxlanılması, mühafizəsi və dövriyyəsi qaydalarının pozulması ilə əlaqədar işlərə Azərbaycan Respublikasının Mərkəzi Bankı, qiymətli metalların və qiymətli daşların hasilatı sahəsində qiymətli metalların və qiymətli daşların uçotu, saxlanılması və mühafizəsi qaydalarının pozulması ilə əlaqədar işlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi, qalan hallarda qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi qaydalarının, qiymətli metalların və qiymətli daşların, onlardan hazırlanmış məhsulların (məmulatların) mühafizəsi, pərakəndə satışı, uçotu, saxlanılması, onların qırıntılarının və tullantılarının yığılması qaydalarının pozulması ilə əlaqədar işlərə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi baxır;

 

5.55. həmin Məcəllənin 460-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə vergilərə münasibətdə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, məcburi dövlət sosial sığorta haqlarına münasibətdə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu baxır;

 

5.56. həmin məcəllənin 462-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə bank olmayan kredit təşkilatlarına münasibətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, digər mühasibat uçotu subyektlərinə (kredit təşkilatları istisna olmaqla), həmçinin sığorta, təkrar sığorta və sığorta vasitəçiliyinə münasibətdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi baxır;

 

5.57. həmin Məcəllənin 469.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, dəmiryol nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi, su nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası, hava nəqliyyatı vasitələri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası, yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortasına və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi baxır;

 

5.58. həmin Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sərhəd sığorta müqaviləsinə və Azərbaycan Yaşıl Kartı növünə münasibətdə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi baxır;

 

5.59. həmin Məcəllənin 479-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar;

 

5.60. həmin Məcəllənin 517.0.7 və 517.0.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar;

 

5.61. həmin Məcəllənin 542-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar;

 

5.62. həmin Məcəllənin 550-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti baxır;

 

5.63. həmin Məcəllənin 555-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar;

 

5.64. həmin Məcəllənin 562.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi baxır;

 

5.65. həmin Məcəllənin 566-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (şəxsiyyət vəsiqəsi və ümumvətəndaş pasportuna aid hissədə), Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (xidməti və diplomatik pasporta aid hissədə), Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərə aid hissədə) və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (dənizçinin şəxsiyyət sənədinə aid hissədə) baxırlar;

 

5.66. həmin Məcəllənin 575 və 577-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti fəaliyyət istiqamətlərinə uyğun olaraq baxırlar;

 

5.67. həmin Məcəllənin 578-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti baxır;

 

5.68. həmin Məcəllənin 579 – 582-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi baxır;

 

5.69. həmin Məcəllənin 597-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərə, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) münasibətdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, digər hüquqi şəxslərə (onların vəzifəli şəxslərinə və mühafizəçilərinə) münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır;

 

5.70. həmin Məcəllənin 598-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Mərkəzi Bankı (kredit təşkilatlarına, həmçinin lizinq xidmətləri göstərən kredit təşkilatlarına münasibətdə), Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlərə, aktivlərin idarə edilməsi üzrə fəaliyyəti həyata keçirənlərə, lotereya təşkilatçılarına və investisiya fondlarına münasibətdə), Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçilərinə, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alğı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslərə münasibətdə), Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələrə münasibətdə), Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən qeyri-hökumət təşkilatlarına, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə münasibətdə), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən dini təşkilatlara münasibətdə) və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (lombardlara və daşınmaz əmlakın alğı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslərə münasibətdə) baxırlar;

 

5.71. həmin Məcəllənin 604, 606.2, 606.3 və 607-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti baxır.

 

6. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ bu Fərmanla həmçinin səlahiyyətli orqanlara aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir", - fərmanda qeyd edilir.

Şərhlər

Çox oxunanlar