DTX “metroya bomba qoyacağam” deyən şəxsi tutdu - Cinayət işi açıldı

17.02.2016 11:57     Siyasi reaksiya     1253

Naməlum şəxs Daxili İşlər Nazirliyinə zəng edərək metroya bomba qoyacağını deyib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, 102 xidmətinə bir neçə gün öncə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb.

Dövlət Təhlükəsizlik Xidmətinin Abşeron Rayon Şöbəsi, Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonu Saray qəsəbəsində yaşayan İmişli rayon sakini 1977-ci il təvəllüdlü Fəqani İsmayılov olması müəyyən edilib.

F.İsmayılov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 216-cı (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.

F.İsmayılova qarşı irəli sürülən ittiham sübuta yetirilərsə, onu 5 ildən 8 ilə kimi azadlıqdan məhrum etmə cəzası gözləyir.

Şərhlər

Çox oxunanlar