Ərdoğanın Gəncə səfəri təxirə salındı, görüş Bakıda olacaq - ÖZƏL
17.02.2016 15:55 Siyasi reaksiya 1047
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 18-də Azərbaycanın Gəncə şəhərinə planlaşdırılan səfərində dəyişiklik olub.
Bu haqda AZXEBER.COM-a Gəncədə olan türkiyəli jurnalist Ali Kan məlumat verib. Onlun dediyinə görə, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Bakıda baş tutacaq. Buna səbəb Gəncədəki hava durumu olub, belə ki, türkiyəli qonaqlar duman səbəbindən Gəncəyə eniş edə bilməyiblər və görüşün Bakıda keçirilməsini istəyiblər.
Qeyd edək ki, Türkiyə prezidenti Recep Tayyib Erdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.
Şərhlər